Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
Hindistanın Baş naziri Narendra Modi ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı ilə bağlı paylaşımında Rusiya neftinin alınmasının dayandırılması məsələsinə ümumiyyətlə toxunmayıb. Halbuki Donald Tramp daha əvvəl Hindistanın Rusiya neftini artıq almayacağını iddia etmişdi.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Modinin açıqlamasında əsas diqqət ABŞ-ın Hindistanda istehsal olunan məhsullara tətbiq etdiyi gömrük rüsumlarının azaldılmasına yönəlib. Baş nazir qeyd edib ki, bu rüsumlar 18 faizə endirilib və o, bu qərara görə ABŞ prezidentinə təşəkkür edib.
“Bu gün əziz dostum, Prezident Tramp ilə danışmaq çox xoş oldu. Hindistanda istehsal olunan məhsullara 18 faiz endirilmiş gömrük rüsumunun tətbiq olunacağına görə məmnunam. Bu möhtəşəm açıqlamaya görə 1,4 milyard hindistanlı adından Prezident Trampa böyük təşəkkürümü bildirirəm”, – deyə Modi yazıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl verdiyi açıqlamalarda Hindistanın Rusiya neftinin idxalını dayandıracağını bildirsə də, Modinin paylaşımında bu mövzu yer almayıb. Bu isə tərəflər arasında aparılan danışıqların detalları ilə bağlı suallar doğurub.
Tehran,
Sitat.info