Modi: Trampın ideyaları mənim ideyalarımla oxşardır

17.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Hindistanın baş naziri Narenda Modi amerikalı podkaster Leks Fridmanın proqramında qonaq olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, o, bir çox suallara bu podkastda aydınlıq gətirib.

Modi Trampın seçki mitinqində sui-qəsd cəhdindən sonra da "müqavimət və qətiyyət" göstərdiyini ifadə edərək bildirib:

"Vurulduqdan sonra da ABŞ-yə sadiq qaldı. O, həyatını millətinə həsr etdi".

Modi deyib ki, Trampın “Öncə Amerika” siyasəti ilə özünün “Öncə Hindistan” yanaşması arasında paralellər var: 

"Bu mənimlə Tramp arasında güclü bağ yaradıb". 

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью