Modi və Putin Hindistan Rusiya strateji tərəfdaşlığını müzakirə etdi

08.08.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Modi “X” hesabında yazıb.

Baş nazirin sözlərinə görə, onlar ətraflı söhbət aparıblar və Ukraynada son hadisələri müzakirə ediblər.

"Biz həmçinin ikitərəfli gündəliyimizdəki irəliləyişləri nəzərdən keçirdik və Rusiya-Hindistan strateji tərəfdaşlığını daha da dərinləşdirməyə sadiqliyimizi təsdiq etdik. Prezident Putini bu il Hindistanda qəbul etməyi səbirsizliklə gözləyirəm", - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью