Modi və Si Cinpin Putinə Ukrayna üzrə kömək təklif edib

13.09.2026

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Putin onların bu hazırlığını müsbət qarşılayıb.
«İkitərəfli görüşlər zamanı Modi və Si Ukrayna münaqişəsinin nizamlanması məsələsi ilə ətraflı maraqlanıb və problemin həlli yollarının axtarışına kömək göstərmək üçün öz xoşməramlı xidmətlərini fəal şəkildə təklif ediblər», – Peskov deyib.
Daha əvvəl Putinin, Si Cinpinin və Modinin BRİKS sammitinin keçirildiyi Nyu-Dehlidə kulislərdə «ayaqüstü» söhbət etdiyi barədə məlumat yayılmışdı.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью