Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinə qədim hind dastanının rus dilində olan nüsxəsini hədiyyə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.
“Bhaqavad Gitanın təlimləri bütün dünyada milyonlarla insanı ruhlandırır. Bu, Şahzadə Arcuna ilə tanrı Krişna arasında fəlsəfi dialoqdur, hind fəlsəfəsinin ən məşhur və hörmətli mətnlərindən biridir”, – o bildirib.
Qeyd edək ki, dekabrın 4-də Putin iki günlük dövlət səfəri üçün Hindistana gəlib.
Əliyar Xəlil
Globalinfo.az