Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinin Dehliyə səfəri ilə bağlı sosial şəbəkə hesabında rus dilində paylaşım edib.
Globalinfo.az xəbər verir ki, Modi Putini səmimi şəkildə salamlayıb.
“Dostum Putini Dehlidə salamlamaqdan məmnunam. Görüşlərimizi səbirsizliklə gözləyirəm. Hindistan ilə Rusiya arasındakı dostluq zamanın sınağından çıxıb və xalqlarımıza böyük faydalar gətirib”, – Modi bildirib.
Qeyd edək ki, Putinin Hindistana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və enerji, müdafiə də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar fonunda baş tutur.
Əliyar Xəlil