Modinin Moskva səfəri təxirə salındı

30.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Hindistanın Baş naziri Narendra Modinin mayın 9-da Faşizm üzərində Qələbə Günü münasibətilə tədbirlərə qatılmaq üçün Rusiyaya planlanan səfəri təxirə salınıb. 

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.

O, yenə də Hindistanın tədbirlərdə təmsil olunacağını və başqa nümayəndənin Moskvaya gedəcəyini bildirib.

Qeyd edək ki, son günlərdə Hindistan və Pakistan arasında gərginlik müşahidə olunur. Hindistanın yaxın 24-26 saat ərzində hücuma keçə biləcəyinə dair iddialar yayılıb.

Ayşən Mustafa
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью