Modinin Putinlə bağlı paylaşımı diqqət çəkdi FOTO

01.09.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistanın Baş naziri Narendra Modinin Rusiya Prezidenti Vladimir Putinlə görüntüsü diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, o, X sosial şəbəkə hesabında Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində liderlərin ikitərəfli danışıqlara yola düşdüyü “Aurus” avtomobilindən Putinlə birgə fotosunu paylaşıb.

“ŞƏT sammiti başa çatdıqdan sonra prezident Putinlə mən ikitərəfli görüşümüzün keçirildiyi yerə getdik. Onunla söhbətlər həmişə mənalıdır”, – Modi yazıb.

Qeyd edək ki, avqustun 31-dən sentyabrın 1-dək Çində ŞƏT-in sammiti keçirilir. Burada 20-dən çox dövlət başçısı iştirak edir.

Xatırladaq ki Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Çin , Rusiya, Qazaxıstan , Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri tərəfindən Şanxayda  yaradılıb. Qurum terrorizm, ekstremizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və ticarət-iqtisadi əlaqələrin inkişafı ilə məşğuldur. Hazırda ŞƏT 9 ölkədən, eləcə də müşahidəçi dövlətlərdən ibarətdir.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью