Modinin təyyarəsinə hücum planlaşdırılır?

12.02.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Hindistan polisi Baş nazir Narendra Modinin təyyarəsinə hücum təhdidinin yayılmasından sonra araşdırmalara başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Hindustan Times" yazır.

“Fevralın 11-də Mumbay polisinin nəzarət otağına baş nazir Modinin xaricə rəsmi səfərə gedərkən təyyarəsinə terrorçuların hücum edə biləcəyi barədə xəbərdarlıq daxil olub”, - polisin açıqlamasında deyilir.

Qeyd olunur ki, idarə dərhal təhlükəsizlik xidmətlərinə məlumat verib və araşdırmaya başlayıb.

Fevralın 10-da Hindistanın baş naziri Fransaya səfər edib. 

Gülayə Mecid


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью