Modriç 40 yaşında da Real da oynayacaq? | Icma.az
Icma.az bildirir, Qol.az portalına istinadən. Luka Modriç daha bir mövsüm "Real"da çıxış edə bilər.
QOL.az xəbər verir ki, bu baradə insayder Nikola Skira məlumat yayıb.
O, Madrid klubunun 39 yaşlı yarımmüdafiəçiyə daha 1 illik müqavilə təklif etməyə hazır olduğunu bildirib.
Modriçin "Real"la müqaviləsi bu ilin iyununa qədərdir. Xorvaiyalı futboloçu özü də İspaniya klubunda daha bir mövsüm oynamaq istəyir.
O, DÇ-2026-dan əvvəl yaxşı formada olmaq üçün "Real"dakı çıxışını davam etdirmək niyyətindədir.
Qeyd edək ki, sentyabrın 9-da 40 yaşı tamam olacaq Modriç 2012-ci ildən "Real"da çıxış edir.
O, bu mövsüm Madrid klubunda 38 oyuna 3 qol vurub, 6 qol ötürməsi edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu