Modriç buna görə rekordçu olub

09.02.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

İspaniyanın “Real” klubunun xorvatiyalı futbolçusu Luka Modriç Madrid derbilərində iştirak sayına görə rekordçu olub.

"Ölkə.az" xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi bunu La Liqanın XXIII turunda “Atletiko”ya qarşı oyunda (1:1) iştirak etməklə reallaşdırıb.

O, Madrid derbilərində 40-cı dəfə meydana çıxmaqla “Real”ın sabiq hücumçusu Kərim Benzemanı (39) geridə qoyub.

Qeyd edək ki, Madrid derbilərində iştirak sayına görə siyahıda üçüncü yeri Toni Kroos (33 matç) tutur. Növbəti pillələrdə isə Yan Oblak (32), Kriştianu Ronaldu və Antuan Qrizmann (hər ikisi 31) yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью