Modriç İngiltərə klubunun yeni səhmdarı olacaq

15.04.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Luka Modriç İngiltərə Çempionşip təmsilçisi "Suonsi" klubunun yeni səhmdarlarından biri olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano şəxsi "Instagram" profilindən paylaşım edib.

Onun məlumatına görə, müqavilə şərtləri artıq razılaşdırılıb.

Bu, onun peşəkar futbolçu karyerasına təsir etməyəcək - Modriç ötən ay bildirildiyi kimi, "Real Madrid"də çıxışını davam etdirmək istəyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью