Modriç İngiltərədə klub alır

14.04.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi Luka Modriç futbol klubu almağa hazırlaşır.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romao məlumat yayıb.

Modriç Çempionşip təmsilçisi "Suonsi Siti"nin səhmlərinin bir hissəsini alacaq. 

Bildirilir ki, tərəflər artıq razılığa gəliblər. 

"Suonsi Siti" hazırda Çempionşipdə 12-ci yerdədir. Komanda 42 oyundan sonra 54 xal toplayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью