Modriç İtaliya nəhəngi ilə danışıq aparır

03.06.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"dan ayrılan Luka Modriçə dünyanın bir çox klubundan maraq var.

QOL.az tanınmış insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, bu klublardan biri də "Milan"dır.

O, İtaliya nəhənginin Modriçlə danışıq apardığını bildirib.

Sentyabrda 40 yaşı tamam olacaq xorvatiyalı yarımmüdafi hələlik klub seçməyə tələsmir. 

Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"da oynayırdı. Bu müddət ərzində o, klubla 28 kubok qazanıb. Luka komandanın heyətində 590 matçda 43 qol vurub və 95 məhsuldar ötürmə verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью