Modriç La Liqada mövsümün rekordunu müəyyənləşdirib

08.12.2024

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"ın yarımmüdafiəçisi Luka Modriç "Jirona" ilə görüşdə (3:0) unikal nailiyyətə imza atıb.

Apasport.az xəbər verir ki, 39 yaşlı futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Modriç cari La Liqa mövsümündə hər matçda 100 və ya daha çox dəqiq ötürmə edən ilk yarımmüdafiəçi olub.

Şənbə günü keçirilən görüşdə xorvatiyalı 103 dəqiq ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Luka Modriç 2024/25 mövsümündə La Liqada 16 matçda 3 məhsuldar ötürmə edib.

Arda Güler tilsimi qırdı - VİDEO “Beşiktaş” “Fənərbaxça”nı məğlub etdi Qasperini ən yaxşı adına layiq görülüb “Liverpul”un matçı təxirə salınıb “Trabzonspor” yenə xal itirdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью