Modriç Messiyə çatdı

16.11.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xorvatiya yığmasının futbolçusu Luka Modriç milli komandada keçirdiyi matçların sayına görə argentinalı oyunçu Lionel Messiyə çatıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu, noyabrın 15-də Millətlər Liqasının qrup mərhələsinin VI turunda xorvatların Çexiya kollektivini məğlub etdiyi qarşılaşmada reallaşıb.

Görüş Xorvatiyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. L.Modriç millidəki 208-ci oyununa çıxıb.

Qeyd edək ki, hazırda portuqaliyalı Kriştianu Ronladu milli komandalar tarxində ən çox oyun (234) keçirən futbolçudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью