Icma.az bildirir, Qol.az portalına istinadən.
"Real"la müqaviləsi başa çatan xorvatiyalı yarımmüdafiəçi Luka Modriç "Milan"la sözləşmə imzalamaq üçün İtaliyaya gəlib.
QOL.az İtaliyanın klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, videomüraciətdə azarkeşlərə səslənib:
"Hamınıza salam! Mən indi Milana çatdım. Burada olduğum üçün və karyeramda yeni mərhələyə başlamaqdan çox xoşbəxtəm. Hamınızı qucaqlayıram!"
Qeyd edək ki, daha öncə mətbuatda yayılan xəbərlərə əsasən, Modriçin "Milan"la 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq və razılaşmanın daha bir mövsüm uzadılmaq imkanı olacaq. Onun illik maaşı 3-3,5 milyon avro olacaq.