Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Milan”ın futbolçusu Luka Modriç açıqlama verib.
Futbolpress.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında klubdakı taleyindən danışıb:
“Milan”da özümü yaxşı hiss edirəm. Bu komandada olmağı sevirəm. İstədiyimiz kimi mövsüm keçirə bilmədik. Daha yaxşı olmaq arzusundayıq”.
Modriç mövsümün əvvəlindən “Milan”da çıxış edir. Onun anlaşması yayda başa çatır. Müqavilədə bir illik artırma bəndi yer alır və yaxın zamanda qüvvəyə minməsi gözlənilir.
Modriç “Milan” formasıyla 36 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.