Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Modriç millidən gedir?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Xorvatiya millisinin kapitanı Luka Modriç milli komandadakı karyerasını başa vura bilər.
QOL.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri məlumat yayıb. Bildirilir ki, əfsanəvi yarımmüdafiəçi Xorvatiya yığması ilə vidalaşmaq qərarına gəlib. Məlumata görə, 40 yaşlı futbolçu yaxın günlərdə rəsmi açıqlama verərək milli komandadakı çıxışını başa vuracaq.
Qeyd edək ki, Luka Modriç uzun illər Xorvatiya millisinin kapitanı və lideri olub, komandanın əldə etdiyi tarixi uğurlarda mühüm rol oynayıb.