Modriç mütləq rekordçuya çevrildi

10.06.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda öz meydanında Çexiyanı 5:1 hesabı ilə darmadağın edən Xorvatiya millisinin yarımmüdafiəçi Luka Modriç cari tsikldə qol vurmağı bacaran ən yaşlı avropalı oyunçu olub.

Fanat.Az xəbər verir ki, matçın 62-ci dəqiqəsində rəqib qapısına yol tapan təcrübəli futbolçu 39 yaş 9 aylığında adını tabloya yazdırıb.

Modriç boniyalı hücumçu Edin Cekonun rekordunu qırıb. Ceko 39 yaş 2 aylığında San Marinonu cəzalandırmağı bacarmışdı.

Xatırladaq ki, Xorvatiya millisi seçmə mərhələdə növbəti oyununu sentyabrın 5-də Farer adalarına qarşı keçirəcək.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью