Modriç Puşkaşı geridə qoydu

04.01.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç tarixi uğura imza atıb.

Apasport.az xəbər verir ki, xorvatiyalı “Valensiya” ilə matçın 80-ci dəqiqəsində meydana çıxıb və 5 dəqiqə sonra qapıya dəqiq zərbə endirərək hesabı bərabərləşdirib – 1:1.

Yarımmüdafiəçi "Real Madrid" tarixində rəsmi oyunlarda qol vuran ən yaşlı oyunçu olub - 39 yaş 116 gün.

Əvvəlki rekordçu 1966-cı ildə 39 yaş 15 gün ərzində fərqlənən əfsanəvi futbolçu Ferens Puşkaş idi.

Qeyd edək ki, bu, Modriçin cari mövsümdə ilk qolu idi.

“Liverpul”dan ayrılır? - Salah özü açıqladı Sergen Yalçın yenidən “Beşiktaş”da? “Çelsi”nin müdafiəçisi mövsümü erkən bitirdi “Mançester Yunayted”də ciddi itki Disasi İstanbul nəhənginin hədəfində
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью