Modriç "Milan"la müqaviləsini niyə uzadıb?

05.08.2026

Icma.az bildirir, Qol.az portalına istinadən.

Modriç "Milan"la müqaviləsini niyə uzadıb?

"Luka Modriç "Milan"la müqaviləsini uzatmasının səbəblərindən danışıb.

QOL.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı xorvatiyalı yarımmüdafiəçi əsas məqsədinin "rossonerilər"lə titul qazanmaq olduğunu deyib:

"Ən böyük arzum həmişə "Milan"la titul qazanmaq olub. Mən bu kluba əylənmək üçün yox, uğur qazanmaq üçün gəlmişəm. Məqsədim "Milan"la Skudetto və ya başqa bir kubokun qalibi olmaqdır. Mənim missiyam budur.

Müqaviləni uzatmaqla bağlı heç vaxt tərəddüd etmədim. Bunu hələ dekabrda da edə bilərdim. Amma bədənimin necə reaksiya verəcəyini, futbola olan həvəsimin və qətiyyətimin qalıb-qalmayacağını görmək istədim".

Qeyd edək ki, Modriç ötən mövsüm "Milan"ın heyətində 37 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью