futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Milan”ın futbolçusu Luka Modriç karyerasını bitirdikdən sonra “Real”a qayıdacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb. Xorvatiyalı futbolçu Madrid klubunun akademiyasında işləyəcək.
Modriç artıq klubun prezidenti Florentino Perezdən təklif alıb və razılıq verib.
40 yaşlı futbolçunun “Milan”la müqaviləsi mövsümün sonuna kimidir.
Modriç 2012-2025-ci illərdə “Real”ın formasını geyinib.