Modriç Realın heyətində ən çox mükafat qazanan futbolçu kimi tarixə düşüb

19.12.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç İspaniya təmsilçisi "Real"ın (Madrid) heyətində ən çox mükafat qazanan futbolçu kimi tarixə düşüb.

"Report" xəbər verir ki, o, buna "Kral klubu"nun heyətində Qitələrarası Kuboku qazanmaqla nail olub.

39 yaşlı futbolçunun madridlilərin heyətində əldə etdiyi mükafatların sayı 28-ə çatıb. Bununla da o, 27 mükafatı olan Dani Karvahalı qabaqlayıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью