Modric Realın tarixi onluğuna daxil oldu

04.01.2025

Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real" La Liqanın 12-ci turunun təxirə salınmış matçında "Valensiya"nı 2:1 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Luka Modriç 85-ci dəqiqədə hesabı bərabərləşdirərək, komandasının qələbəsinə töhfə verib.

Jurnalist Pedro Martinin sözlərinə görə, bu oyun xorvatiyalı futbolçunun "Real" üçün 561-ci oyunu olub. Bu göstəriciyə görə o, Pirri ilə 10-cu yeri bölüşür.

Birinci yerdə Raul Qonzales qərarlaşıb - 741 oyun. İkinci sıranın sahibi başqa bir əfsanə İker Kasilyasdır (725). "İlk üçlüy"ü Manolo Sançis (710) qapayıb.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью