Modriç son qərarını verdi Realdan ayrılacaq, amma...

04.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

"Real Madrid"in 39 yaşlı yarımmüdafiəçisi Luka Modriçin planları bəlli olub.

Fanat.Az xəbər verir ki, xorvat futbolçunun gələcəyi barədə informasiyanı sosial şəbəkə hesabları üzərndən ispan jurnalist Xose Feliks Dias yayıb.

Xəbərə görə, Modriç cari mövsümün sonunda "Real"dan ayrılmaq qərarını qətiləşdirsə də, karyerasını bitirmək fikrində deyil. Mənbə təcrübəli oyunçunun daha bir mövsüm peşəkar futbol oynayacağını bəyan edib.

Modriç 2012-ci ildən "Real"ın uğurları üçün çalışır. Cari mövsüm "Kral klubu"nun forması ilə bütün turnirlərdə 20 matça çıxan Luka 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Nihat
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью