Modriç üçün İtaliya variantı

03.06.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Klublararası dünya çempionatından sonra “Real”dan ayrılacağını açıqlayan Luka Modriç karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Milan” 39 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klubun yeni idman direktoru İqli Tare xorvatiyalı futbolçunu komandada görmək istəyir.

Modriç bir neçə klubdan daha təklif alıb və hələ qərarını verməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью