Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Milan”ın yarımmüdafiəçisi Luka Modriç 2026/27 mövsümündə Millətlər Liqasında Xorvatiya millisinin formasını geyinməyə hazır olduğunu təsdiqləyib.
QOL.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqının rəsmi səhifəsi məlumat yayıb. 40 yaşlı futbolçunun qarşıdakı Millətlər Liqası oyunları üçün milli komandaya qoşulacağı gözlənilir.
Xorvatiya millisinin baş məşqçisi Slaven Biliç Modriçin qərarından məmnun olduğunu bildirib:
“Əlbəttə, Lukanın qərarı məni çox sevindirir. Hamımız onun Xorvatiyaya həm meydanda, həm də meydandan kənarda nə qədər çox çalışdığını bilirik. 14 ildən sonra onunla yenidən işləmək imkanını səbirsizliklə gözləyirəm. Hər ikimiz Xorvatiyanı dünyanın ən yaxşı milli komandaları arasında saxlamaq istəyirik”.
Qeyd edək ki, Biliç 2026-cı ilin iyulunda Xorvatiya millisinin baş məşqçisi təyin olunub. O, 2006-2012-ci illərdə də milli komandaya rəhbərlik edib.
Modriç isə Xorvatiya millisində 202 oyuna çıxıb və 29 qol vurub. O, 2026-cı il dünya çempionatından sonra da milli komandada çıxışını davam etdirəcək.