Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Real"ın xorvatiyalı oyunçusu Luka Modriç Çempionlar Liqasının tarixinə düşəcək.
İdman.biz xəbər verir ki, o, start heyətində ən çox meydana çıxan yarımmüdafiəçi olacaq.
39 yaşlı qitənin ən nüfuzlu turnirində 99-cu dəfə bu dəfə şansı qazanacaq. O, 4-cü tur çərçivəsində keçiriləcək "Milan"la oyun start heyətində yer alıb.
Qeyd edək ki, Modriç bu göstəricidə keçmiş komanda yoldaşı Toni Kroosu (98 oyun) arxada qoyub.
İdman.biz