Modriç yeni rekordun bir addımlığında

24.06.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Modriç yeni rekordun bir addımlığında

Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç dünya çempionatlarında növbəti diqqətçəkən göstəriciyə imza atıb.

QOL.az xəbər verir ki, Modriç DÇ-2026-nın qrup mərhələsində Panamaya qarşı keçirilən oyunda (1:0) 88% dəqiqliklə ötürmə edib. Bu göstərici ilə xorvatiyalı futbolçu dünya çempionatlarında start heyətdə çıxdığı 19 oyunda ən azı 80% dəqiqliklə ötürmə verməyi bacarıb.

“Opta”nın məlumatına görə, 1966-cı ildən bəri bu göstəricidə Modriçi yalnız Xavyer Maskerano qabaqlayır. Argentinalı sabiq yarımmüdafiəçi 20 oyunda 80 faiz və daha yüksək ötürmə dəqiqliyi ilə yadda qalıb. Argentina millisinin kapitanı Lionel Messi və Filip Lamın da hesabında analoji göstərici ilə 19 oyun var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью