Modriçin ilk qolu İdman və Biz

07.01.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Luka Modriç ilk dəfə İspaniya Kral kubokunda fərqlənib.

İdman.biz xəbər verir ki, bu, xorvatiyalı futbolçunun Madrid "Real"ında keçirdiyi 13-cü mövsümdə mümkün olub.

Kral klubu turnirin 1/16 finalında "Deportiva Minera" ilə oyunda inamlı qələbə qazanıb - 5:0.

39 yaşlı yarımmüdafiəçi oyunun 55-ci dəqiqəsində fərqlənib, 63-cü dəqiqədə əvəzlənib.

13 mövsüm ərzində Modriç İspaniya kubokunda 30 oyun keçirib və iki dəfə (2013/14, 2022/23) kuboku qazanıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью