Modriçin Milan la müqavilə imzalayacağı tarix bəlli OLDU

13.07.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Xorvatiyalı futbolçu Luka Modriçin İtaliya təmsilçisi "Milan"la müqavilə imzalayacağı tarix bəlli olub.

Redaktor.az xəbər verir ki, bu, iyulun 14-də baş tutacaq.

39 yaşlı yarımmüdafiəçi həmin gün ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən İspaniyanın "Real" klubunda çıxış edib. O, 2024/2025 mövsümündə komandada 62 oyuna 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью