Modriçin Milanla müqavilə imzalayacağı tarix bəlli oldu

13.07.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xorvatiyalı futbolçu Luka Modriçin İtaliya təmsilçisi "Milan"la müqavilə imzalayacağı tarix bəlli olub.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu, iyulun 14-də baş tutacaq.

39 yaşlı yarımmüdafiəçi həmin gün ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən İspaniyanın "Real" klubunda çıxış edib. O, 2024/2025 mövsümündə komandada 62 oyuna 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью