Modul məktəblər daha əlverişlidir Ekspert

14.11.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

2026–2027-ci tədris ilində Azərbaycanda 53 məktəbdə tikinti-quraşdırma işləri aparılır. Bu çərçivədə 35 modul məktəbin təhvil verilməsi planlaşdırılır, 11 məktəb isə artıq istifadəyə verilib. Təhsil müəssisələrində şagird sıxlığının aradan qaldırılması və tədris şəraitinin yaxşılaşdırılması istiqamətində modul tipli məktəblərin tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu cür layihələr həm infrastrukturun genişlənməsinə, həm də əlverişli təhsil mühitinin formalaşmasına xidmət edir.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlamasında bildirib ki, modul tipli məktəblərin quraşdırılması əsasən mövcud təhsil müəssisələrindəki həddindən artıq şagird sıxlığından irəli gəlir:

"Elə məktəblər var ki, orada şagirdlərin sayı həddindən artıq çoxdur. Nəticə etibarilə şagird sıxlığının qarşısını almaq üçün ən optimal və qısa müddətdə hazırlanan üsul modul tipli məktəblərdir. Belə olduğu təqdirdə şagird sayı çox olan məktəblərdə məhz modul tipli məktəblər istifadəyə verilir ki, sıxlığın qarşısı alınsın. Eyni zamanda, belə bir qərarın alınması şagirdlər üçün əlverişli təhsil mühitinin formalaşmasıdır, təhsil infrastrukturunun müəyyən qədər genişlənməsidir".

Ekspert əlavə edib ki, sıx təhsil mühitində əziyyət çəkən şagirdlər üçün bu məktəblər prosesi seyrəldir və dərslərin daha əlçatan olmasına şərait yaradır:

"Ümumilikdə şagirdlər əgər sıx təhsil mühitində dərs öyrənməklə, tədris prosesi ilə bağlı əziyyət çəkirlərsə, modul tipli məktəb prosesi və iştirakçı sayını bir qədər seyrəldir. Burada ayrı auditoriyalar, ayrı otaqlar mövcuddur və bu da hər bir işlək təhsil imkanının əlçatanlığının təmin olunmasına xidmət edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью