Möhsün Rzayi Moskvadan əlidolu dönür? Putindən nə istəmişdi?

06.11.2026

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İranın Ali rəhbəri Müctəba Xamenei Rusiya Prezidenti Vladimir Putinə mesaj göndərib.

“Bakupost” xəbər verir ki, bu barədə İranın IRIB dövlət teleradio şirkəti məlumat yayıb.

Bildirilib ki, mesajı Putinə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzayi çatdırıb.

Mesajın məzmunu barədə məlumat verilməyib.

Politoloq Xəqani Cəfərli “Bakupost”a bildirib ki, İranın faktiki lideri hesab olunan Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzayinin Rusiyaya səfərinin gerçəkləşməsi və Prezident Vladimir Putin tərəfindən yüksək səviyyədə qarşılanmasının özü ciddi hadisədir.

Amma ekspert hesab edir ki, İranın Ali rəhbəri Müctəba Xameneinin Rusiya Prezidenti Putinə mesajının olması haqqında təqdimat isə aldatmacadır:

“Möhsün Rzayi özünün və Əhməd Vahidinin fikirlərini Ali rəhbərin adından ifadə edirlər. Bu həm də çox məharətlə düşünülmüş diplomatik addımdır. Çünki, qarşı tərəf Ali Rəhbərlə bu mesajı dəqiqləşdirmək imkanına malik deyil”.

Müsahibimizin fikrincə, Möhsün Rzayinin Ali rəhbərin adından ifadə etdiyi mesaj isə İrana müəyyən silahların, xüsusilə hava hücumundan müdafiə sistemlərinin verilməsi, İran neftinin satışına yardım etməsi ola bilər:

“Hazırda İran üçün əsas olan bu məsələlərdir. İran Rusiyadan borc da istəyə bilər. Çünki İranda maliyyə sistemi çökmək ərəfəsindədir”.

Rüfət Sultan,

BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью