Modern.az saytına istinadən Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin yüksək səviyyəli təhlükəsizlik rəsmisi ilə ABŞ vitse-prezidenti arasında görüş keçiriləcəyi barədə məlumatları təkzib edib.
Modern.az xəbər verir ki, Əraqçi bu barədə IRNA agentliyinə açıqlamasında bildirib.
“Bu ehtimallar və mediada yayılan məlumatlar tamamilə əsassızdır. Belə bir görüş planlaşdırılmır”, – nazir deyib.
Bundan əvvəl mediada ABŞ vitse-prezidenti Ceyms Devid Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Qətərin paytaxtı Dohada görüşəcəyi iddia olunmuşdu.
Həmin məlumatlarda mümkün görüşün ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başladığı müharibəyə son qoymaq üçün diplomatik səylər çərçivəsində keçiriləcəyi bildirilirdi.