Möhtəşəm qələbə qazandıq Elşad Quliyev

30.05.2025

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev İngiltərə üzərində qələbə qazanaraq dünya çempionatında yarımfinala yüksəldikləri oyunu şərh edib.

Metbuat.az xəbər verir ki, mütəxəssis komandaya oyunlar zamanı dəstək olanlara təşəkkürünü bildirib.

O, futbolçuların yaxşı oyun göstərdiklərini vurğulayıb:

"Möhtəşəm qələbə qazandıq. Bizə dəstək olan hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Çətin oyun oldu. Yarımfinalda Monteneqro ilə qarşılaşacağıq. Ümid edirəm ki, həmin görüşdə də qələbə qazanıb, finala adlayacağıq".

Qeyd edək ki, Azərbaycan yığması 1/4 finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью