“Möhtəşəm yüz il”in Mihrimah Sultanından illər sonra gələn etiraf

22.10.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Möhtəşəm yüz il” serialında Mihrimah Sultan obrazını canlandıran aktrisa Pelin Karahan illər əvvəl bu rola necə razılıq verdiyini danışıb.

“Yeni Sabah” xəbər verir ki, o, əvvəlcə “Kavak yelleri” serialında canlandırdığı Aslı obrazı ilə tanınıb. Daha sonra “Möhtəşəm yüz il” serialında Mihrimah Sultan rolunu oynayaraq daha da məşhurlaşıb.

P.Karahan bildirib ki, ilk evliliyi zamanı əri aktrisalıqla məşğul olmasını istəməyib. Buna görə də Mihrimah Sultan təklifini əvvəlcə qəbul etməyib. Lakin sonradan fikrini dəyişərək işləməyə qərar verib. Aktrisa bu addımı öz ayaqları üstündə durmaq, maddi cəhətdən müstəqil olmaq, anasına və bacısına dəstək vermək üçün atdığını deyib. Sezar pizza

Aktrisa serialın ikinci mövsümündə boşanmaq qərarı verdiyini bildirib. Həmin vaxt öz işinin və qazancının olmasının onun üçün böyük əhəmiyyət daşıyıb.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью