“Möhtəşəm yüz il”in sultanları birarada FOTO

05.09.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

“Möhtəşəm yüz il” serialının unudulmaz obrazlarına həyat verən Nebahat Çehre və Məryəm Üzərli illər sonra yenidən bir araya gəlib.
Demokrat.az
xəbər verir ki, Türkiyə televiziya tarixinin ən çox izlənilən ekran işlərindən biri olan “Möhtəşəm yüz il” hekayəsi ilə yanaşı, unudulmaz obrazları ilə də tamaşaçıların yaddaşında iz buraxıb.
Serialda “Validə Sultan” obrazını canlandıran Nebahat Çehre ilə “Hürrəm Sultan” rolunda tamaşaçı qarşısına çıxan Məryəm Üzərli illər sonra görüşüblər.
İki məşhur aktrisanın görüşü səmimi görüntülərlə yadda qalıb. Bir müddət söhbət edən Nebahat Çehre və Məryəm Üzərli birlikdə keçirdikləri anları çəkdirdikləri foto ilə əbədiləşdiriblər.
İkilinin səmimi münasibəti diqqət çəkib, həmin foto isə sosial mediada böyük maraqla qarşılanıb. Aktrisaların sürpriz görüşü “Möhtəşəm yüz il” tamaşaçılarını keçmişə aparıb.

Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью