Möhtəşəm zərbə ilə görüşü tamamladım Rafael Fiziyev

28.06.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

"Bu qələbəyə görə xoşbəxtəm. Atam mənə görə narahat idi və mənə çox dəstək oldu".

Bakıvaxtı.az xəbər verir ki, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas görüşündə meksikalı Manuel Torresi məğlub edən Rafael Fiziyev deyib.

"İnana bilmirəm ki, bu möhtəşəm zərbə ilə görüşü tamamladım. Xalqıma təşəkkür edirəm", - deyə idmançı qeyd edib.

İdmançı qarşılaşma zamanı çətinliklə üzləşdiyini bildirib: "Rəqib ilk raundda barmağı ilə sol gözümə zərbə vurdu. Bundan sonra bulanıq görməyə başladım. İkinci raundda düşünürdüm ki, fırlanaraq zərbə vurum və bu, məndə alındı. Artıq səkkizinci dəfədir ki, UFC-də döyüşürəm. Burada qazandığım məbləği isə normal qarşılayıram".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью