Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Azərbaycanlı məşqçi Hüseynqulu Quliyevin yeni iş yeri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən çalışdırıcı MOİK-də işləyəcək.
Quliyev sözügedən komandanın çalışdırıcısı İlham Yadullayevə köməkçi təyin olunub. O, 15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin "sükanı arxası"na keçən Aleksandr Qrossun yerini tutub.
MOİK ötən mövsüm sözügedən çempionatdakı mübarizəni indiki baş məşqçisi Yadullayevin rəhbərliyi altında turnir cədvəlinin 6-cı pilləsində yekunlaşdırıb.
Xatırladaq ki, Azərbaycan 1-ci Liqasında yeni mövsüm sentyabrın 3-də başlayacaq.
Nihat