MOİK də zədə sindromu Yadullayev 4 futbolçunun xidmətindən məhrumdur

14.09.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1-ci Liqa təmsilçisi MOİK-in bir neçə futbolçusu zədəlidir. 

Fanat.Az-a klubdan verilən məlumata görə, sıraya dönən hücumçu Kamran Quliyev 2-ci turda "Şimal"a qarşı keçirilən oyunda (1:1) iştirak edibsə, hələ 4 futbolçu kənardadır.

Müdafiəçi Yusif Nəbiyevin, yarımmüdafiəçi Ceyhun Muxtarlının zədəli olduğu öncədən bəlli idisə, nigeriyalı vinger Kanu Uda və "Araz-Naxçıvan"dan 1 mövsümlük icarəyə götürülən kolumbiyalı yarımmüdafiəçi Alexandro Herrera da aldıqları xəsarətlər səbəbindən çalışmalara qatılmırlar.

Xatırladaq ki, MOİK ilk 2 turda 1 xal qazana bilib.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью