MOİK dən inamlı qələbə, “Şimal”la “Xankəndi” heç heçə etdi

09.10.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan Birinci Liqasında dördüncü turun daha iki oyunu keçirilib.

İdman.Biz xəbər verir ki, MOİK Binə qəsəbə stadionunda “Mingəçevir”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

MOİK-in heyətində C. Muxtarlı 47-ci, Bilal İsmayılov 58-ci, Ə. Mürsəlov isə 80-ci dəqiqədə fərqlənib.

Günün digər qarşılaşmasında “Şimal” və “Xankəndi” komandaları üz-üzə gəliblər. Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.

“Şimal”ın heyətində E. İbrahimov 11-ci dəqiqədə hesabı açıb. “Xankəndi”nin futbolçusu B. Teymurov isə 77-ci dəqiqədə tarazlığı bərpa edib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Şahdağ Qusar” “Zaqatala”nı 6:0 hesabı ilə məğlub edib, “Səbail”lə “Karvan-Yevlax”ın görüşü isə 1:1 hesabı ilə başa çatıb.

Dörd turdan sonra “Şahdağ Qusar” 12 xalla turnir cədvəlinə başçılıq edir.

Dördüncü tura sabah keçiriləcək “Gəncəbasar” - “Baku Sportinq” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Birinci Liqası, dördüncü tur

8 oktyabr

“Şahdağ Qusar” - “Zaqatala” - 6:0

“Səbail” - “Karvan-Yevlax” - 1:1

9 oktyabr

MOİK - “Mingəçevir” - 3:0

“Şimal” - “Xankəndi” - 1:1

10 oktyabr

“Gəncəbasar” - “Baku Sportinq”

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью