MOİK in baş məşqçisi: “Qarabağ” çox ciddi rəqibdir

29.07.2026

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İlk oyunda etmək istədiklərimizi bu dəfə də həyata keçirmək istəyirik. “Qarabağ” çox ciddi rəqibdir və öz meydanında oynamağı sevir. Onların oyun üslubunu yaxşı təhlil etmişik və buna ən yaxşı şəkildə cavab verməyə çalışacağıq.

Bu sözləri Bolqarıstanın MOİK (Sofiya) klubunun baş məşqçisi Hristo Yanev UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcəkləri cavab oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis ilk qarşılaşmadakı oyunlarını təkrarlamaq istədiklərini bildirib. O vurğulayıb ki, növbəti mərhələyə yüksəlmək üçün ilk matçdakı çıxışa əlavə keyfiyyət qatmalı, qol vurmalı və yaranacaq imkanlardan maksimum yararlanmalıdırlar.

Yanev komandasının müdafiəyə çəkilmək niyyətində olmadığını söyləyib: “Heç vaxt komandamın yalnız müdafiə olunmasını istəməmişəm. Məqsədimiz böyük səhnədə çıxış etmək və Bolqarıstanı güclü rəqiblərə qarşı layiqincə təmsil etməkdir. Öz güclü tərəflərimiz də var. Futbolçularımız topa sahib olduğumuz anlarda və rəqibin buraxdığı boşluqlardan istifadə etməyə çalışmalıdırlar”.

Baş məşqçi son vaxtlar komandanın qeyri-sabit çıxışı ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, bu problem üzərində çalışırlar: “Biz də daxilən özümüzəinamın artdığını hiss edirik. Amma bu, komandanın düzgün istiqamətdə inkişaf etməsi ilə bağlıdır. Bilirəm ki, Bolqarıstanda bu cür proseslər üçün səbir az olur. Lakin inkişaf vaxt tələb edir və biz bütün komanda olaraq bu məqsədə çatmaq üçün birlikdə çalışırıq”.

Qeyd edək ki, iyulun 30-da Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək MOİK – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk matç qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью