MOİK “Şəfa”nın iki futbolçusunu transfer etdi

01.07.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Birinci Liqada çıxış edən MOİK heyətini iki yeni futbolçu cəlb edib. Sport24.az-a bu barədə kluba yaxın mənbədən məlumat daxil olub.

"Hərbçilər" ötən mövsümü "Şəfa"da keçirmiş Emin Zamanov və Ruslan Hacıyevlə ortaq məxrəcə gəliblər. Hər iki futbolçu ilə bir illik müqavilə imzalanıb. 

Qeyd edək ki, ötən "futbol ili"ndə MOİK-in "sükanı arxasında" olan İlham Yadullayev yeni mövsümdə də eyni vəzifəni icra edəcək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью