Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın Birinci Liqa təmsilçisi MOİK-in milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə dövründə hazırlıq planları açıqlanıb.
Bu barədə “hərbçilər”in baş məşqçisi İlham Yadullayev məlumat verib.
“Bazar ertəsindən məşqlərimiz başlayıb. Şənbə günü “Suqamyıt”la Sumqayıtda yoxlama oyunu keçirməyi planlaşdırırıq. Böyük ehtimalla, baş tutacaq. Noyabrın 19-da isə liqada “Səbail”ə qarşı çətin matça çıxmalıyıq. “Sumqayıt”la oyunun ardından həmin çempionat görüşünə hazırlaşacağıq”, - deyə o fanat.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, yeddi tura 14 xal toplayan MOİK Birinci Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.