futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan I Liqasında mübarizə aparan MOİK mövsümün ilk yarısını 6-cı pillədə tamamladı.
Klubun baş məşqçisi Qəzənfər Abbasov “Futbolpress”ə açıqlama verərək, ilk dövrəni dəyərləndirdi.
Mütəxəssis hazırki nəticələrdən razı qalmadığını gizlətmədi: “Fasiləyə 6-cı pillədə yollanırıq. Nəticədən razı qalmadım.
Mənim böyük ümidlərlə gətirdiyim futbolçulardan bəzileri əfsuslar olsun ki, gözləntilərimi doğrultmadı”.
– Cari mövsüm üçün qarşınıza qoyulan hədəf nədir? – Əlimizdən gələni etməliyik ki, heç olmasa ilk “üçlüy”ə düşək.
– Ötən mövsümü yaxşı başlasanız da son oyunlarda komandada axsaqlıq müşahidə olundu. Bu səbəbdən də çempionluq yarışından kənarda qaldız.
Sanki ötən ilki uğursuzluq bu mövsüm də həllini tapmayıb… – Doğru vurğuladız. Keçən mövsüm çempionata daha yaxşı başlamışdıq.