MOK da kütləvi qanvermə aksiyası təşkil olunacaq

04.06.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası təşkil olunacaq.

Bu barədə Bakıvaxtı.az-a MOK-un mətbuat xidmətindən məlumat verilib.

Qanvermə aksiyası iyunun 12-də saat 10:00-dan, 16:00-dək qurumun inzibati binasında keçiriləcək

"Həmrəy olaq, qanımızla yaşadaq" adlı aksiya "14 İyun - Beynəlxalq Qan Donorluğu Günü"nə həsr olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью