MOK da qanvermə aksiyası təşkil olunub

12.06.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası təşkil olunub. SİA xəbər verir ki, tədbir MOK-un inzibati binasında keçirilib.

Aksiyada MOK rəsmiləri, idmançılar, həmçinin idman ictimaiyyətinin bir sıra nümayəndələri və digər rəsmi şəxslər iştirak edib. Aksiya talassemiyadan əziyyət çəkən uşaqlar üçün keçirilir.

Qeyd edək ki, "Həmrəy olaq, qanımızla yaşadaq" adlı aksiya 14 İyun - Beynəlxalq Qan Donorluğu Gününə həsr olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью