MOK nümayəndəsi idman gimnastlarımızla görüşüb

20.07.2025

Cbcsport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan gimnastları XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Xorvatiyanın Osiek şəhərindədirlər.

Gənc idmançılarımız artıq Osiekdəki hoteldə məskunlaşıblar. Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri Həsənağa Rzayev Osiekdə idman gimnastlarımızla görüşüb. O, idmançılarla söhbət edib və mövcud şəraitlə maraqlanıb. Eyni zamanda məşqçilərlə də fikir mübadiləsi aparan MOK nümayəndəsi komandamıza yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası yarışlarına iyulun 22-də start veriləcək. Yarışlar “Qradski Vrt” zalında təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью